Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oktyabrın sonunadək Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə 10 milyon avro kredit verməyi planlaşdırır. Bu barədə 11 oktyabr tarixində banka istinadən “İnterfaks-Azərbaycan” məlumat yayıb.
AYİB-in qiymətləndirmələrinə görə, layihə Gəncə şəhərində tullantıların yığımı üzrə xidmətləri yaxşılaşdırmağa imkan yaradacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Hazırda bank Azərbaycanda 36 layihəyə 1,12 milyard avro vəsait ayırıb. Ümumiyyətlə AYİB Azərbaycanda 3,5 milyard avro məbləğində 177 layihə maliyyələşdirib.