top
Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq – BU TARİXDƏN
20 noyabr 2025, 22:47
- ↺ +

Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq – BU TARİXDƏN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlumdur ki, uzun illər Gürcüstan ölkəmiz üçün avtomobillərin əsas ixracatçı ölkəsi olub. Lakin həm quru sərhədlərin bağlı olması, həm də elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən güzəştlər Gürcüstandan avtomobil idxalını xeyli zəiflətdi. Təsadüfi deyil ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan cəmi 6 min 771 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur. Nəqliyyat vasitələrinin dəyəri 181 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 4 min 414 ədəd və yaxud 39,4% azalıb. Hesabat dövründə Gürcüstandan ümumilikdə 2,28 milyard ABŞ dolları dəyərində 92 min 713 ədəd minik avtomobili ixraca yönəldilib. Bunun 7,3%-i Azərbaycanın payına düşüb.

Bəs elektrik və hibrid avtomobillərin idxalına vergi və gömrük rüsumlarına edilən güzəştlərin ləğv edilməsi yenidən bu bazara marağı artıra bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanın hibrid avtomobillərə verdiyi vergi güzəştlərini ləğv etməsi həmin avtomobillərin qiymətinin artmasına səbəb olacaq:

“Qiymətlər artdıqca Azərbaycana gətirilən hibrid avtomobillərə tələb bir qədər zəifləyə bilər. Bununla paralel Gürcüstanın avtomobil bazarına marağı artıra bilər. Nəzərə alaq ki, Gürcüstan vergi koduna görə, elektrik avtomobillərinin idxalı aksizdən və idxal rüsumundan tam azaddır. Hibrid avtomobillərdə isə (məsələn, 0–6 il istehsal dövrü üçün) aksiz vergi 60%-ə qədər azaldılıb. Bundan əlavə, Gürcüstanda texniki baxış zamanı elektrik avtomobilləri üçün 20% endirim tətbiq olunur.

Bu güzəştlər birbaşa idxalçıları və alıcıları cəlb edən mühüm motivasiyadır.

Nəzərə alaq ki, elektrik və hibrid avtomobillər ölkəmizə əsasən Çindən idxal edilirdi. Həmin avtomobillərin çatdırılma müddəti 3 aydan çox çəkirdi. Ona görə də artıq dilerlər Gürcüstan bazarına meyl edəcək. Çünki yol xərci və vaxt baxımından Gürcüstan daha sərfəlidir. Ona görə də Gürcüstandan avtomobil idxalı yanvar ayından arta bilər”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər