“Ermənistan ən qısa zamanda Qarabağda basdırdığı minaların xəritələrini Azərbaycana verməlidir”. Bunu oktyabrın 13-də ABŞ bürosuna müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər”, - deyə nazir əlavə edib.
Mövlud Çavuşoğlu vurğulayıb ki, Ermənistan sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atmalıdır.