top
Ayxan Abbasov Kürdəxanıda həyətini uşaqlar üçün futbol meydanına çevirən məşqçini ziyarət edib - FOTO/VİDEO
12 noyabr 2025, 06:41
- ↺ +

Ayxan Abbasov Kürdəxanıda həyətini uşaqlar üçün futbol meydanına çevirən məşqçini ziyarət edib - FOTO/VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl İdman.Biz Azərbaycan mətbuatında ilk dəfə şəxsi evinin həyətini uşaqlar üçün futbol meydançasına çevirən Zakir Əliyevlə hazırladığı geniş müsahibəni oxucularına təqdim etmişdi. Müsahibə dərc ediləndən dərhal sonra oxucuların və ölkənin idman ictimaiyyətinin böyük marağına səbəb oldu.

Beləliklə, futbola böyük həvəs və məhəbbətlə yanaşan Zakir Əliyevin cəhdi diqqətdən kənarda qalmayıb. Bu gün onun yaratdığı kiçik stadionu futbol üzrə Azərbaycan milli futbol komandasının baş məşqçisi Ayxan Abbasov ziyarət edib.

Bu barədə İdman.Biz-ə Zakir Əliyev özü məlumat verib.

O bildirib ki, milli komandamızın baş məşqçisi ilə bərabər AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, “Qarabağ”ın sabiq futbolçusu İlqar Qurbanov, eləcə də “Araz-Naxçıvan” klubunun futbolçuları Kürdaxanıda olublar. Qonaqlar uşaqlara 10 futbol topu, idman geyimləri və məşq ləvazimatları hədiyyə ediblər.

Gənc futbolçular “Araz-Naxçıvan” oyunçuları ilə birgə məşq ediblər, xatirə şəkilləri çəkdiriblər və Ayxan Abbasovla söhbət imkanı qazanıblar.

“Uşaqlar inanılmaz dərəcədə motivasiyalı və ruh yüksəkliyi içində idilər. Onlar üçün bu, həqiqətən unudulmaz və xoşbəxt bir gün idi. Sabah Azərbaycan və İslandiya yığmaları arasında oyun keçiriləcəyi üçün Ayxan Abbasov uzun müddət qala bilmədi, amma məşqi izləməyə vaxt tapdı. O dedi ki, bu həyətdən doğrudan da gələcəyin peşəkar futbolçuları yetişə bilər, bizə uğurlar arzuladı” - Zakir Əliyev bildirib.

Kürdaxanıdan olan məşqçinin sözlərinə görə, bu ziyarət onun yetirmələri ilə yanaşı, özü üçün də çox önəmli hadisə olub. O, həmçinin yaxın zamanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə meydançaya yeni örtük çəkildiyini qeyd edib.

“Mənim fəaliyyətimin işıqlandırıldıqdan sonra belə bir nəticə əldə olunmasına görə çox minnətdaram. Düzünü desəm, AFFA nümayəndələrinin və milli komandanın baş məşqçisinin bizə gələcəyini eşidəndə sevincimdən az qala ürəyim yerindən çıxacaqdı. Əmək və zəhmətimin dəyərləndirildiyini görmək çox xoşdur. Bu, futbola daha çox töhfə vermək və uşaqlara peşəkar karyera yolunda dəstək olmaq üçün mənə əlavə motivasiya verdi".

Məlumat üçün əlavə edək ki, mətbuatda Kürdəxanı kəndində yaşayan Zakir Əliyevin şəxsi evinin həyətini uşaqlar üçün futbol meydançasına çevirməsini ilk dəfə İdman.Biz saytı işıqlandırıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər