“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin müəyyənləşməsi ilə Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşacaq. Bundan təkcə Azərbaycanla Ermənistan deyil, bütün region ölkələri faydalanacaq”. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-ü Qlobal Bakı Forumunda bildirib.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə cari ilin 4-6 noyabr tarixlərində keçirilir. Sayca 8-ci olan bu foruma dünyanın 40-dan çox ölkəsi qatılıb.