Paytaxtın Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasından oğurluq edən 3 şəxs saxlanılıb. Bu barədə dekabrın 4-də Daxili İşlər Nazirliyi məlumat verib.
Şübhəli bilinən şəxslər dekabrın 1-də Federasiyanın mühasibat otağından içərisində 63 000 manat pul olan seyfi oğurlayıblar.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslərdən biri əvvəllər sözügedən Federasiyada çalışıb və seyfin yerini bilib.
O, işdən çıxandan sonra bu məlumatı tanışları ilə bölüşərək oğurluq barədə qərara gəlib. Qanunpozucuları seyfi oğurlayandan sonra pulu aralarında bölüblər.
Faktla bağlı araşdırma davam edir.