Bu gün, aprelin 2-də Azərbaycan təmsilçisi Bakıda keçirilən gimnastika üzrə Dünya Kubokunda bürünc medala yiyələnib.
Nikita Smirnov halqa ilə hərəkətlərdə 14,500 xal toplayaraq 3-cü yerə sahib olub.
Birinci yeri italiyalı Mareska Salvatore, ikinci yeri isə türkiyəli İbrahim Çolak tutub.