Dünya çempionatı 2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin daha bir futbolçusu oyunda iştirak etməyəcək. Bu haqda AFFA sentyabrın 6-da məlumat yayıb.
Millinin hücumçusu Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya keçirilən oyunda zədə alıb. Onun sabah baş tutacaq matçda iştirak etməyəcəyi dəqiqləşib.
Bundan əvvəl, millinin futbolçuları Maksim Medvedevin zədəyə, Anton Krivotsyukun isə sarı vərəqə limitinə görə oyunu buraxacaqları açıqlanıb.
Qeyd edək ki, qarşılaşma sabah sentyabrın 7-də Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.