Azərbaycan sülhməramlıları 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər. Bu barədə 18 avqust tarixində Trend məlumat verib.
Avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabil hava limanından təxliyəsini təmin ediblər.
Azərbaycan ordusun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ildə başlayıb. Daha əvvəl Azərbaycan sülhməramlıları NATO-nun Qətiyyətli Dəstək missiyası çərçivəsində Əfqanıstanda fəaliyyət göstərib.
120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edir.