Futbol üzrə Azərbaycan Milli Komandası 1 sentyabr tarixində DÇ-2022 seçmə mərhələsində Lüksemburq yığmasına səfərdə 2-1 hesabı ilə məğlub olub. 3 oyuna xal toplaya bilməyən millimiz A qrupunda sonuncu yerdə qərarlaşıb. Qrupda diqər oyunda Portuqaliya İrlandiyanı 2-1 hesabı ilə məğlub edib.
Azərbaycan növbəti oyunu 4 sentyabr tarixində səfərdə İrlandiya yığmasına qarşı keçirəcək.