Son 15 gündə Azərbaycana 2 800 Ukrayna vətəndaşı təxliyə edilib. APA-nın yaydığı məlumata görə, bunu martın 16-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, hazırda ölkəmizdə 6 700-6 800 ukraynalı yaşayır: “Onlar arasında qaçqın statusu əldə etmək üçün müraciət edənlər də var.
Qurumun rəsmisinin sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında əldə olunan sazişə əsasən, vətəndaşların ölkədə qalma müddəti 90 gündür. Buna görə çox sayda müraciət müşahidə edilmir.