12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 əleyhinə Pfizer peyvəndi vurula bilər. Bunun üçün hər iki valideynin razılığı və yaxud müvafiq tibbi göstərişlər olmalıdır. Bu barədə oktyabrın 5-də Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeniyetmələrin vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Sentyabrın 7-dən isə 16-18 yaşlı yeniyetmələrin vaksinasiyasına başlanılıb.