Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur. Bunu dekabrın 22-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov söyləyib.
Onun sözlərinə əsasən, Azərbaycanda qadın vəkillərin sayı təxminən 22%-dir.
"Bizdə vəziyyət niyə belədir? Bütün qonşu ölkələrdə qadın vəkillərin sayı 50%-dən çoxdur. Qadınlar irəli çəkilməlidir", - deyə sədr vurğulayıb.
Həmçinin ailələrdə məişət zorakılığı hallarının hələ də qaldığı qeyd edilib.