“Azərbaycan Wanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkında rezident kimi qeydiyyata alınıb. Bu barədə 16 oktyabr tarixində Parkın rəsmi saytında məlumat verilib.
Çin şirkəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində keramik plitələr istehsal edəcək. İstehsala 40 milyon dollar investisiya yatırılacaq. Zavodda 400 nəfər daimi işlə təmin olunacaq. Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı 2012-ci ildə yaradılıb. Sənaye Parkına rezidentlər tərəfindən indiyədək 2,9 milyard dollardan çox investisiya yatırılıb. Təşkilatın rezidentləri tərəfindən 1 milyard dollarlıq məhsul ixrac edilib.