Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiq edilən pilotsuz uçuş aparatı (PUA) hazırlanıb. Bu haqda 27 avqust tarixində Azərbaycan Milli Elmlər Akademiyası məlumat verib.
PUA-nın ilk uçuşu fərdi fermer Rahim İmanova məxsus 20 hektarlıq pambıq sahəsində 37 dəqiqə davam edib. PUA-ya birləşdirilən kamera vasitəsilə şəkillər əldə edilib.
Bu texnologiya fermerlərə əkin sahəsində görə bilmədiklərini müşahidə etmək, bitkilərin səmərəliliyini və sağlamlığını təyin etmək imkanı verir.