Azərbaycanda kompüter istehsalı artıb. Bu barədə dekabrın 25-də Dövlət Statistika Komitəsi bildirib.
2021-ci ilin yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 198 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 11,9% artıb, elektrik avadanlıqlarının istehsalı isə 19,1% azalıb.