2021-ci ilin yanvar-iyul aylarına olan götəricilərə əsasən, qeyri-neft sektorunda ən çox ixrac olunan məhsullar pambıq, tomat və qızıldır. Bu haqda məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi səhifəsində paylaşılıb.
2021-ci ilin ilk yeddi ayı ərzində 133 milyon dollarlıq pambıq, 128 milyon dollarlıq pomidor və 116 milyon dollarlıq qızıl ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq, tomat və qızılın ixracı müvafiq olaraq 89%, 174% və 22 % artıb.
Azərbaycanın yanvar-iyul aylarında ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr arasında Rusiya, Türkiyə və İsveçrə yer alıb.