Azərbaycanın müxtəlif regionlarında 1-13 setyabr tarixlərində toxum sərgi-satış yarmarkaları keçiriləcək. Bu barədə 24 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Yarmarkalarnın keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin edilməsidir.
Sərgidə əsasən arpa, buğda və tərəvəz toxumları nümayiş etdiriləcək.
Toxum sərgi-satış yarmarkaları 6 rayonunda keçiriləcək:
1 sentyabr - Şamaxı
3 sentyabr - Şəki
6 sentyabr - Agcabədi
8 sentyabr - Saatlı
10 sentyabr - Cəlilabad
13 sentyabr - Xaçmaz
Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən fermerlər Aqrar Xidmətlər Agentliyinə müraciət edə bilərlər.