Azərbaycanda sentyabrın 1-dən özəl orta təhsil müəssisələrində dərslər əyani şəkildə başlasa da, sentyabrın 3-də dayandırılıb.
“Özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır”, - deyə Təhsil Nazirliyindən bildirilib.
Məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərarın bu həftə veriləcəyi gözlənilir.