Hazırda Azərbaycanda 132 000 əcnəbi yaşayır. Bunu dekabrın 17-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
"Əcnəbilərin 13%-i ölkəmizdə 15 günə qədər qalanlardır ki, onlar qeydiyyatsız yaşayırlar. Ölkədə qalma müddəti 15 gündən artıq olduqda isə artıq onlar qeydiyyata alınırlar", - deyə xidmət rəisi bildirib.
Azərbaycanda yaşayan əcnəbilərin çoxluğunu əsasən Rusiya, Gürcüstan və Türkiyədən gələnlər təşkil edir.