Sentyabrn 1-dən Azərbaycandan Rusiyaya səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Bu haqda 31 avqust tarixində AZAL məlumat verib.
Tətbiqə pasportun skan olunmuş surətini və “COVID-19” testinin nəticəsini yükləmək lazımdır.
Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır.