top
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ötür
24 dekabr 2025, 13:01
- ↺ +

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il keçir.

Hadisə Azərbaycan aviasiya tarixində dərin iz buraxaraq ağır insan itkisi ilə yadda qalıb. 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Qusar” “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərindən təxminən üç kilometr aralıda qəza enişi edib.

Təyyarə saat 07:56-da Bakıdan havaya qalxıb. Qroznıda əlverişsiz hava şəraiti səbəbindən reys əvvəlcə Mahaçqalaya, daha sonra Aktauya yönləndirilib. Ekipaj saat 08:35-də idarəetmə sistemində nasazlıqla bağlı qəza siqnalı verib, saat 08:49-da isə Aktauda təcili eniş tələb edib. Lakin saat 10:28-də təyyarə yerə çırpılıb.

Qəza zamanı göyərtədə 62 sərnişin və beş ekipaj üzvü olmaqla 67 nəfər olub. Onlardan 38 nəfəri həlak olub, 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

37 Azərbaycan vətəndaşından 23-ü vəfat edib, 14-ü sağ qalıb. Rusiya vətəndaşlarından yeddi nəfər həlak olub, doqquzu sağ qalıb. Qırğızıstan vətəndaşlarının üçü sağ qalıb, Qazaxıstandan olan altı sərnişin isə həyatını itirib.

Qəza zamanı həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Xəsarət alan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib. Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək üzrxahlıq edib.

Həlak olanların xatirəsini ehtiramla anır, sağ qalanlara və faciədə yaxınlarını itirən ailələrə bir daha səbr diləyirik.

Bu tarix yalnız faciəni deyil, eyni zamanda peşəkarlıq, fədakarlıq və insan həyatının dəyərini xatırladan bir gündür.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər