Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir. İnsanoid APA-ya istinadən məlumat verir.
Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək.
Qeyd olunub ki, bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.