Kişi basketbolçulardan ibarət Azərbaycan yığması dünya reytinqində beş pillə geriləyib.
Bu barədə İnsanoid 15 sentyabr tarixində Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir.
Komanda 66,7 xalla 118-ci sırada qərarlaşıb. Avropa zonasında isə millimiz 45-cidir.
Lider 786,6 xalla ABŞ, ikinci isə 778,2 xalla İspaniya seçməsidir. Üçüncü pillədə isə Almaniya qərarlaşıb.