top
Azərbaycan Milli QHT Forumu Rusiya səfirinə açıq məktub ünvanlayıb
07 yanvar 2026, 04:31
- ↺ +

Azərbaycan Milli QHT Forumu Rusiya səfirinə açıq məktub ünvanlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb.

Apa.az xəbər verir ki, açıq məktub Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədardır.

"Biz – sıralarında yüzlərlə Azərbaycan QHT-sini birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, sizə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədar müraciət edirik.

Azərbaycan ictimaiyyətinin 2024-cü il dekabrın 25-də Qroznı səmasında "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raketlərlə vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda, A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir.

Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir.

Bastrıkinin ört-basdır etməyə çalışdığı qanlı insident Azərbaycan xalqı üçün milli qürur məsələsidir. Biz susmayacağıq. Rusiya tərəfi Azərbaycandan üzr istəməklə, məsələni bağladığını düşünürsə, kökündən yanılır. Ortada olan qanlı cinayət faktı etiraf edilməli, günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir.

Mülki təyyarənin vurulması Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən qadağandır. Bastrıkinin məktubu yenə də Çikaqo Konvensiyasına, xüsusən onun “Təyyarə insidentləri və onların araşdırılması” adlı 13 nömrəli Əlavəsinə ziddir. Bu faciə ört-basdır edilməməli, əksinə, onun tam araşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Aleksandr Bastrıkinin məktubunun mahiyyəti Rusiya prezidenti Vladimir Putinin məsələ ilə bağlı səsləndirdiyi mövqedən açıq şəkildə fərqlənir və faktiki olaraq məsuliyyətdən boyun qaçırmağa hesablanmaqla, hüquqi və siyasi təxribatdır. 2025-ci il oktyabrın 9-da Düşənbədə Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə əlaqədar Rusiyanın hava hücumundan müdafiə sistemində texniki nasazlıqların olduğunu etiraf etmiş, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şeyin ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirib.

Cənab səfir, bizə cavab verin: Rusiyanın bu məsələdə rəsmi mövqeyini kim ifadə edir: Prezident Vladimir Putin, yoxsa İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin?

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətini qəbul etməyinizi, sualımıza cavab verməyinizi gözləyirik”, - məktubda qeyd edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Oxşar xəbərlər