Azərbaycanda 28 yeni su anbarının tikintisi nəzərdə tutulur.
İnsanoid.com President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi planlaşdırılır.