Azərbaycanın növbədənkənar parlament seçkilərinin ən yaşlı seçicisi Əzizova Tamam Əli qızıdır. Bu barədə İnsanoid Modern.az-a istinadən xəbər verir.
1890-cı il təvəllüdlü Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsində qeydiyyatdadır. O, Lənkəranın Digah kəndində yaşayır.
Azərbaycanda ən yaşlı kişi seçici, 109 yaşlı Hilal İbrahimovdur və o, 29 saylı Sabunçu dördüncü seçki dairəsində qeydiyyatdadır.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.