Azərbaycanın iki cüdoçusu gənclər arasında Avropa çempionatında medal qazanıb. Bu barədə İnsanoid bu gün, 9 sentyabr tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Niderlandın Haaqa şəhərində keçirilən birincilikdə Vüsal Qələndərzadə və Ömər Rəcəbli bürünc mükafata yiyələniblər.
V.Qələndərzadə buna 73 kiloqram, Ö.Rəcəbli isə 81 kiloqram çəki dərəcəsində nail olub.