top
Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI
10 aprel 2026, 15:54
- ↺ +

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan voleybolunun ulduzu, yaxın keçmişdə dünyanın aparıcı voleybolçularından biri olmuş Natalya Məmmədova ana olub və hazırda oğul böyüdür.

Bu barədə eksklüziv olaraq İdman.Biz-ə ilk dəfə Natalya Məmmədova özü məlumat verib. Məlum olduğu kimi, o, şəxsi həyatının detallarını ictimailəşdirmir.

Karyerası ərzində bir çox tanınmış klublarda çıxış etmiş azərbaycanlı keçmiş voleybolçu bir neçə gün əvvəl Bakıya gəlib, qadın voleybolçuların Azərbaycan Yüksək Liqası çərçivəsində təşkil edilən oyunu izləyib. Natalya Məmmədova oyuna övladı ilə birlikdə qatılıb. Daha sonra bizim jurnalistlərlə söhbətində Məmmədova ana olduğunu təsdiqləyib.

"Mən hazırda analıq məzuniyyətindəyəm, oğlumu böyüdürəm. Voleybola 20 ilimi vermişəm və indi ailə ilə məşğul olmağın vaxtıdır. Yaxşı bir insan böyüdüb tərbiyə etmək istəyirəm. Hazırda iş və gələcək karyera barədə düşünməmişəm, çünki kiçik uşaqla məşğulam", – deyə Məmmədova bildirib.

Fransada yaşayan keçmiş idmançı Bakıya səfərinin səbəbləri barədə də danışıb.

"Həm dincəlmək, həm də bəzi işlərimi görmək üçün gəlmişəm. Amma əsas məqsəd dostlarımı və yaxın insanlarımı görmək idi. Onlarla bizi voleybolla bağlı çoxlu xatirələr bağlayır. Bu, həyatımızın böyük bir hissəsidir", - deyə Məmmədova qeyd edib.

O, həmçinin Azərbaycanın paytaxtında baş verən dəyişikliklər barədə təəssüratlarını bölüşüb.

"Sonuncu dəfə bir neçə il əvvəl olmuşdum. Şəhər dəyişib, genişlənir, abadlaşdırılır və inkişaf edir. Bakıya qayıtmaq mənim üçün həmişə xoşdur. Mənim gəncliyim burada keçib və burada özümü çox yaxşı hiss edirəm", - deyə keçmiş voleybolçu vurğulayıb.

Azərbaycan voleybolunun hazırkı vəziyyətindən danışan N. Məmmədova bu idman növünün inkişafında rol oynayan insanların əhəmiyyətini qeyd edib.

"Mən oyuna baxmağa getmişdim, amma təəssüf ki, tam izləyə bilmədim, çünki oyun başlayan kimi getməli oldum. Ona görə oyun səviyyəsi barədə çox şey deyə bilmərəm. Mən sevinirəm ki, voleybol hələ də yaşayır və bu, Faiq Qarayev və onun həmkarlarının sayəsindədir. Onlar bu işə sadiq qalaraq Azərbaycan voleybolunu inkişaf etdirir və təbliğ edirlər", - deyə Məmmədova əlavə edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər