Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və 3 yarımstansiya tikilərək istismara verilib. Həmin enerji obyektlərində 57 nəfər işlə təmin edilib. Onların əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinlərdir. Bu barədə məlumatı 31 avqust tarixində “Azərenerji” ASC öz rəsmi səhifəsində yayıb.
Laçındakı “Güləbird” su elektrik stansiyasında 5 nəfər, Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında 9 nəfər, “Şuşa” yarımstansiyasında 7 nəfər, “Füzuli” yarımstansiyasında 6 nəfər, “Kəlbəcər” yarımstansiyasında isə 4 nəfər işlə təmin edilib.
Hazırda 5 yarımstansiya və 1 elektrik stansiyasında tikinti və quraşdırma işləri davam edir.