Azexport.az portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin saytında oktyabrın 19-da məlumat verilib.
Sertifikatlar ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sərbəst satış sertifikatları ölkədə istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub.
Azərbaycan MDB ölkələri arasında bu sertifikatı təqdim edən 3-cü ölkədir.
Sözügedən sertifikatı əldə etmək üçün sahibkarlar www.dth.az platforması vasitəsilə müraciət edə bilərlər.