Bərdə-Ağdam yolunun inşası zamanı bir-birinin üstündə basdırılan minalar tapılıb. Bu barədə prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov avqustun 31-də “Twitter” hesabında paylaşım edib.
Hazırda ərazidə ANAMA tərəfindən təmizlənmə işləri aparılır.
Mənfur düşmənin #Ağdam/da hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və #BərdəAğdamYolu/nun inşası zamanı tapılan minalar #minatəmizləyən əməkdaşlarımızın misligörünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir! Təşəkkürlər, #ANAMA! Qürur duyuruq! Allah qorusun! pic.twitter.com/oEHsrMmlTm
— Emin Huseynov (@emin274) August 31, 2021