Bərdə polis tərəfindən saxta pul buraxan şəxs saxlanılıb. Bu haqda dekabrın 25-də DİN məlumat verib.
Ötən gün Bərdə rayon sakini "Mal bazarı" adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğunu aşkarlayıb və bununla bağlı polisə müraciət edib.
Keçirilmiş tədbirlər nəticəsində şübhəli bilinən Ağdam rayon sakini saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, ötün gün eyni hadisə Mingəçevir çəhərində baş verib. Saxta pul dövriyyəsi ilə məşğul olan Bərdə və Ağdam sakinlərinin evindən ümumilikdə 49 ədəd 50, 20, 5 və 1 manatlıq saxta əsginaslar aşkarlanıb.