Bakıda Badamdar qəsəbəsində avqustun 25-də 1 tondan çox narkotik aşkar edilərək götürülüb. Bu barədə DİN məlumat yayıb.
Vətəndaşın həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 975 kiloqram çətənə kolu, 31 kiloqram marixuana və 20 kiloqramdan çox çətənə bitkisini aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.
DİN-in məlumatına əsasən, ötən il Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı beş mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu, ölkədə baş vermiş qanunsuz əməllərin 20%-ni təşkil edib.