Bakının Sabunçu rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda martın 23-də APA məlumat yayıb.
İnsident Zabrat şosesində qeydə alınıb. 1989-cu il təvəllüdlü şəxs yolu keçmək istəyərkən onu minik avtomobili vurub. O, hadisə yerində dünyasını dəyişib.
Meyit morqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında 53 yol-nəqliyyat hadisəsi olub. Nəticədə 60 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.