Bakıda həbsdə olan 5 erməni hərbçisi Ermənistana qaytarılıb. Bu barədə Sputnik Azərbaycan oktyabrın 19-da məlumat yayıb.
Onların təhvil verilməsi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş verib.
Məlumata əsasən, həmin hərbçilərin geri qaytarılmasının səbəbi onların ordumuza qarşı ağır cinayətlər törətməməsidir.
Bildirilir ki, təxminən keçən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sözügedən ermənilərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilmişdir.