Oktyabrın 20-də "Rebuild Karabakh" 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi başlayıb. Bu barədə Azərtac məlumat verib.
"Rebuild Karabakh" sərgisi işğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialının inkişafına həsr olunub.
Tədbir Bakı Expo mərkəzində oktyabr ayın 22-dək davam edəcək. Eyni tarixlərdə “BakuBuild 2021” inşaat sərgisi və havalandırma, isitmə, soyutma sistemləri sahəsinə aid “Aquatherm Baku 2021” sərgiləri keçirilir.
Sözügedən tədbirlərdə ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.