Bakıda "Ankara məktəbi" məktəb-liseyi koronavirusa görə bağlanıb. Bu haqda APA məlumat yayıb.
Liseydə COVID-19-a yoluxanların çoxluğuna görə dərslər oktyabrın 19-dan 14 gün müddətinə onlayn formada keçiriləcək.
Analoji hal 18 oktyabr tarixində 20 nömrəli məktəb-liseydə də qeydə alınıb. Orada 20 şagird və 15 müəllimin koronavirus infeksiyasına yoluxması təsdiq olunub.
Azərbaycanda indiyədək 241 sinif distant təhsilə keçid edib. Onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə onlayn dərslər davam edir.