Bakıda həyat yoldaşını qətlə yetirən şəxsin işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda 15 dekabrda Report məlumat verib.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə Binəqədi royonunda 15 oktyabr tarixində saat 09:00 radələrində baş verib. 40 yaşlı Ramil Səfərov özündən üç yaş kiçik həyat yoldaşı Sahilə Cəfərovaya aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirib. Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Azərbaycanda 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.