Ötən həftə Bakı metrosunda tibbi maskadan istifadə etməyən 705 nəfər cərimələnib. Bu barədə noyabrın 2-də Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
Polis əməkdaşları stansiyalarda, platformalarda və vaqonlarda reydlər keçirməyə davam edir. Maska taxmayan və ya səhv istifadə edən şəxslər cərimələnir.
Qaydanı pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat məbləğində cərimələnir.
Azərbaycanda karantin rejimi 2022-ci ilin yanvarın 1-dək uzadılıb. Karantin tələblərinə görə, vətəndaşlar qapalı məkanlarda, eləcə də metroda maskadan istifadə etməlidirlər.