Bakıda bəzi avtomagistral yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddi aşağı salınıb. Bu barədə noyabrın 10-da Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Belə ki, Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
“Sürücülərə yollarda sürət həddinə əməl etmək, həmçinin meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir”, - deyə agentlikdən bildirilib.