Bakı-Sumqayıt yolunda hərəkət edən traktorun təkəri çıxıb, sürücü ağır xəsarət alıb. Bu haqda aprelin 1-də APA xəbər verib.
Qəza Bakı Beynəlxalq Avtovağzalının qarşısında baş verib. Səbəb kimi traktorda yaranan texniki nasazlıq göstərilir.
Hadisə nəticəsində yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb.