Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Çin cəmiyyətinin Azərbaycan üzrə təmsilçiləri seçilib.
İnsanoid.com BANM-a istinadən xəbər verir ki, hazırda mübadilə proqramı çərçivəsində Çin Neft Universitetində bir semestr təhsil alan Ayxan Əmraslanov və Elgün Cabbarov ölkəmizi layiqincə təmsil edirlər.
Tələbələrimiz “International Cultural Exchange Ambassador for CUP” cəmiyyətinin Azərbaycan üzrə təmsilçiləri seçiliblər.
Bununla bağlı sertifikatlar tələbələrə təqdim edilib.
[gallery link="file" columns="2" size="full" ids="201560,201561"]