Bakı sakini döyülüb. Bu barədə aprelin 16-da Report-a DİN-dən məlumat verilib.
Buzovna qəsəbəsi ərazisində 3 nəfər xuliqanlıq zəminində qəsəbə sakini R. Süleymanovu döyüblər. Əməli törətməkdə şübhəli bilinən Elçin Muradov, Hafiz Mustafayev və Mahir Əhmədov saxlanılıblar. Həmin şəxslər R. Süleymanovu döyərək 500 manat pulunu alıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin “quldurluq” maddəsilə cinayət işi başlanılıb.