top
Bakıətrafı kəndlərdə karate klubunun yaşaması uğrunda mübarizə aparan müharibə veteranının MÜSAHİBƏSİ + FOTO
19 noyabr 2025, 04:01
- ↺ +

Bakıətrafı kəndlərdə karate klubunun yaşaması uğrunda mübarizə aparan müharibə veteranının MÜSAHİBƏSİ + FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

52 yaşlı Füzuli Həşimov - Birinci Qarabağ müharibəsi veteranı, karate üzrə məşqçi və beynəlxalq hakimdir. Artıq təxminən 30 ildir ki, Bakıətrafı kəndlərdə uşaqlara və yeniyetmələrə dərs keçir. Bu illər ərzində Füzuli Həşimov bir çox xarici seminarlarda iştirak edib, onun şagirdləri respublika turnirlərinin qalibi olub və Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil ediblər.

Lakin bu gün onun klubu çətin dövr yaşayır. Pandemiyadan sonra bir çox qruplar bağlanıb, qalanlar isə ən sadə avadanlıqdan tutmuş yarışlara yollanmaq üçün sponsor dəstəyinə qədər hər cür köməyə ciddi ehtiyac duyur.

Bütün bunlar və karate yoluna necə çıxması barədə Füzuli Həşimov İdman.Biz-ə danışıb.

Karate yolunun başlanğıcı

Karate sevgisi Füzuli müəllimdə hələ uşaqlıqdan yaranıb. O, Lənkəran rayonunda böyüyüb və bu döyüş sənətinin ilk elementlərini ona təxminən beş yaşı olanda atası öyrədib.

“O zaman atam sovet ordusunda xidmət edirdi. Həmin vaxtlar karate ilə məşğul olmaq qanunsuz idi, onu yalnız hərbçilərə öyrədirdilər. Biz qardaşımla və digər uşaqlarla həyətlərdə və zirzəmilərdə gizli şəkildə məşq edirdik” - deyə, o xatırlayır.

SSRİ-nin dağılmasından sonra Füzuli Həşimov üçün bilik mənbələrindən biri filmlər və videokassetlər oldu. Həmin dövrdə Azərbaycanda şotokan istiqaməti, daha sonra isə kosiki-karate yayıld. Füzuli müəllim də məhz bu istiqamət üzrə peşəkar şəkildə fəaliyyətini davam etdirib.

Orduya və müharibəyə yollanma vaxtı çatanda o, öz sözləri ilə desək, artıq “hazır idmançı” idi. Cəbhədən qayıtdıqdan sonra qarşısında peşə seçimi dayanırdı:

“Həkim olmaq istəyirdim. Amma müharibədən sonra başa düşdüm ki, bunu bacarmayacağam. Psixoloji travmalar çox ağır idi. Mən başqa yol seçdim – ölkə üçün sağlam, ruhən güclü nəsil yetişdirmək. Bütün həyatımı buna həsr etdim".

Əvvəl-əvvəl çətinliklkər çox olub, qrup yığmaq üçün Füzuli müəllim məktəblərə müraciət edirdi. Amma cəmi üç ay ərzində təxminən 80 şagird topladı, sonra isə daha çox. “Söz-söhbət yayılıb” təsiri göstərdi və çox keçmədən onu özləri dəvət etməyə başladılar”.

Öz klubu

Bu gün Füzuli Həşimovun özünün “Ken Yu Kai” karate klubu var. O, Pirşağıda, Kürdəxanıda və Bakının digər qəsəbələrində kosiki-karatenin ueçi-ryu kenyu-kay istiqamətinin elementlərini, psixologiyasını və fəlsəfəsini tədris edir. Məşqçi bu istiqaməti “unikal” adlandırır, çünki burada koordinasiya, çeviklik və güc dözümü birləşir.

Onun seksiyasının Füzuli müəllimin özü tərəfindən hazırlanmış xüsusi loqotipi var. Loqo insan üzünü xatırladır. Göy rəng ağlı simvolizə edir, ağ və qara isə xeyirlə şərin, əksliklərin əbədi mübarizəsini ifadə edir.

“Bir göz açıqdır - bu, uzaqgörənlik və dünyanı görməkdir. Digər göz isə yaşla bağlı qapalıdır - bu, insanın daxilindəki dünyadır, orada yaxşılıqla pislik bir-birini əvəz edir. Yaş isə insanı mənfi enerjidən azad edərək təmizləyir.

İçimizdə pozitiv üstünlük təşkil edəndə sağlamlığa və sülhə doğru can atırıq. Karate də elə budur – ruhun və bədənin gücü ilə sülhə doğru hərəkət. Loqodakı fəslər isə həyatın dövriyyəsini və karatenin tələb etdiyi sərtliyi əks etdirir. Bu idman növü ilə məşğul olan şəxs sərt, humanist, psixoloji cəhətdən dayanıqlı olmalı və insanları dərindən görə bilməlidir” – deyə o bildirir.

Maliyyə problemləri

Bu gün seksiyanın əsas problemi maliyyə məsələsidir. “Dövlət vəsaiti federasiyalara ayrılır və onlar da bu vəsaiti yığmada olan idmançılara yönləndirirlər. Bizə isə dəstək demək olar ki, çatmır” - müsahibimiz bildirir.

Onun sözlərinə görə, klublar ya öz hesabına, ya da nadir sponsorların köməyi ilə ayaqda qalır:

"Pandemiyadan əvvəl vəziyyət stabil idi: şagirdləri beynəlxalq turnirlərə gedirdi. “COVID-dən sonra bəzi zallarım bağlandı. Bu çətin dövr federasiyalara da təsir etdi, büdcələri azaldı. Nəticədə 19 təşkilatdan təxminən yarısı qaldı və onlar da vahid strukturda birləşdi. Bizim klub Karate Federasiyasının full-kontakt bölməsi ilə əməkdaşlıq edir, amma çətinliklər yenə də böyükdür”.

Pandemiya o qədər ağır zərbə vurdu ki, iki il əvvəl Füzuli Həşimov birtəhər dolanmaq üçün “Azərpoçt”da aşağı maaşlı işə girməyə məcbur qaldı. Artıq idmandan qazanmaq mümkün deyildi, üstəlik, bir çox uşaqlar məşq haqqını ödəmirdi - lakin Füzuli müəllim yenə də onları məşq etdirməyə davam edirdi.

Bu gün klub kəskin şəkildə dəstəyə ehtiyac duyur. Elementar avadanlıqlar çatışmır, sponsor yoxdur və uşaqlar yarışlara gedə bilmir.

“Bir çox ailələrin imkanı məhduddur. Üstəlik, biz qəsəbələrdə işləyirik, burada onsuz da şərait azdır. Amma bacardığımız qədər kömək edirik. Məşq haqqını ödəyə bilməyən uşağı heç vaxt evə göndərmirik. Amma buna baxmayaraq, bir çox ailələr üçün vəziyyət ağırdır və bəziləri məcburən idmanı tərk edir” – deyə Füzuli müəllim vurğulayır.

Bütün çətinliklərə baxmayaraq, Füzuli Həşimov əsas məqsədini unutmur: “Azərbaycan gəncliyini ruhən güclü, sağlam, ölkəsinə və xalqına bağlı yetişdirmək istəyirəm. Arzum budur ki, uşaqlarımız bayrağımızı və millətimizi ən yüksək zirvələrdə şərəflə təmsil edə bilsinlər”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər