Bakıda əl qumbarası tapılıb. Bu barədə 16 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi adlanan ərazidə yol kənarında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Qeyd olunub ki, hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.