DİN Bakıda bloger Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb. Bu barədə aprelin 16-da Report bildirib.
Bakı sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün metamfetamin aşkar edilib.
Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 2 ay müddətinə inzibati qaydada həbs edilib.
C.Quliyev sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınır. Onun sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmışdı.