Bakıda keçiriləcək rusiyalı mügənni Lyubov Uspenskayanın konserti ləğv edilib. Bu barədə mayın 19-da iTicket.AZ-dan İnsanoid-ə bildirilib.
Konsertin oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılırdı. “Səbəbi məlum deyil. Tədbir təşkilatçılar tərəfindən ləğv edilib”, - deyə qurumdan vurğulanıb.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, paytaxt sakini Mədəniyyət Nazirliyinə müraciət edərək bildirib ki, sözügedən mügənni ermənipərəst mövqe sərgiləyib və Azərbaycanın ünvanına təhqirlərdən istifadə edib.