Keşlə-Biləcəri dəmiryol mənzilində dəmiryoluna çıxan şəxsi teplovoz vurub. Həmin şəxs ağır xəsarət alıb. İnsanoid "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən məlumat verib.
"21 avqust saat 12:40-da ADY-yə məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Nəticədə həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb", - deyə məlumatda bildirilib.