Bakıdan bölgələrə gedən yollarda qurulmuş karantin postlarının sökülməsinə başlanılıb. Bu barədə aprelin 16-da Qafqazinfo məlumat yayıb.
Qeyd edilib ki, bu gün Şamaxı istiqamətində qurulan dəmir konstruksiyaların söküldüyü müşahidə olunub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev bildirib ki, həmin postlar müvəqqəti xarakter daşıyırdı.